Accessibility links

Natiq Kərimovun ev dustaqlığının müddəti uzadılıb


Natiq Kərimov

Bakının Səbayel rayon Məhkəməsi oktyabrın 9-da Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar qəbul edib.

İstintaq orqanının təqdimatı ilə məhkəmə Kərimov barəsindəki qətimkan tədbirinin və cinayət işi üzrə ibtidai istintaqın müddətini fevralın 6-dək uzadılması barədə qərar qəbul edib. Bu barədə Amerikanın Səsinə Natiq Kərimovun vəkili Əyyub Ələkbərov bildirib.

Rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Natiq Kərimov xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.

N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG