Accessibility links

Arif Hacılı: Bizimlə ölkədə dini radikallığın artması barədə danışdılar


Müsavat partiyasının başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb

“Bizimlə ölkədə dini radikallığın artması, bu qüvvələrin xaricdən maliyyələşməsi, ölkənin rayonlarında sturkturu olan partiya kimi dini radikallığa qarşı mübarizənin vacibiyi barədə danışdılar”.

Bunu Turana oktyabrın 14-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə dəvət edilən Müsavat partiyasının başqanı Arif Hacılı bildirib.

A.Hacılının sözlərinə görə, o öz növbəsində bu məsələyə münasibət ifadə edib:

“Qeyd etdim ki, biz partiya olaraq proqram və nizamnaməmiz əsasında fəaliyyət göstəririk və hər hansı şəkildə belə qüvvələr tanımırıq və əlaqəmiz də yoxdur”.

A.Hacılı Nardaran hadisələri barədə məxsusi söhbət getmədiyini bildirib, amma bu məsələdə bir sıra şəxslərə ədalətsiz davranış haqda mövqeyini bildirib, amma qarşı tərəf bununla razılaşmayıb.

Xatırladaq ki, bu gün hüquq müdafiəçisi Oktay Gülalıyev, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Zeynalov, AXCP sədrinin müavini Gözəl Bayramli və AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli adı çəkilən idarəyə çağırılıb.

XS
SM
MD
LG