Accessibility links

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir


Herbert Salber
Herbert Salber

Məqsəd Azərbaycanda yüksək səviyyəli məsləhətləşmələr aparmaqdır

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, səfər oktyabrın sonuncu həftəsinə planlaşdırılır. Məqsəd Azərbaycanda yüksək səviyyəli məsləhətləşmələr aparmaqdır.

Azərbaycanla Avropa Birliyi arasında münasibətlər 1996-cı ildən qurulub. Bu münasibətləri 1996-cı ildə imzalanan Əməkdaşlıq və Tərəfdaşlıq barədə saziş müəyyən edir.

Azərbaycan 2004-cü ildən Avropa Birliyinin “Şərq Tərəfdaşlığı proqramında da yer alır. Bu proqrama Azərbaycandan başqa daha 5 postsovet ölkəsi (Belorus, Ukrayna, Moldova, Gürüstan və Ermənistan) cəlb edilib. Bu ölkələrdən Ukrayna, Moldova və Gürcüstan Avropa Bilryi ilə Assosiativ üzvlük sazişi imzalayıb.

Azərbaycan 2014-cü ildə bu sazişi imzalamaqdan imtina edərək daha yüksək ikitərəfli strateji əməkdaşlıq sazişi imzalamaq məsələsini irəli sürüb. Hazırda bu sənədin üzərində iş gedir. Amma bir çox ekspert rəsmi Bakının bu addımını Avroatlantik məkana inteqrasiya kursundan imtina adlandırırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG