Accessibility links

Polis ticarət mərkəzində dini təyinatlı ədəbiyyat müsadirə edib


DİN: Qaradağda ticarət mərkəzində dini təyinatlı ədəbiyyat və texnika müsadirə edildi
DİN: Qaradağda ticarət mərkəzində dini təyinatlı ədəbiyyat və texnika müsadirə edildi

Mağaza sahiblərinə qarşı nzibati protokol tərtib edilib

Polis Bakıda dini təyinatlı ədəbiyyat və diskləri müsadirə edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 20-də Bakının Qaradağ rayonunun ərazisində yerləşən ticarət mərkəzindəki 5 (beş) mağazadan satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 287 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD aşkar edilərək götürülüb.

Mağaza sahibləri ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 516.0.2-ci maddəsi (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) ilə inzibati protokol tərtib edilib.

XS
SM
MD
LG