Accessibility links

Penitensiar Xidmət dustaqların qiyam qaldırmasını təkzib edir


"Son günlər bəzi kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeçiliyində olan ayrı-ayrı müəssisələrdə, o cümlədən 13 və 6 saylı cəzaçəkmə müəssisələrində, Bakı İstintaq Təcridxanasında məhkumlara qarşı qanuna zidd hərəkətlərin törədilməsi, cəza çəkənlər arasında kütləvi iğtişaşların baş verməsi, müəssisələrə xüsusi təyinatlı dəstələrin yeridilməsi, məhkumlardan, eləcə də onlara baş çəkən qohumlarından pul tələb edilməsi kimi həqiqəti əks etdirməyən məlumatlar dərc edilir".

Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumatda deyilir ki, Penitensiar Xidmətin rəhbərliyi və kollektivi bu kimi böhtan xarakterli və qərəzli məlumatların son zamanlar xidmətdə aparılan müsbət işlərə kölgə salmaq, əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatçılıq yaratmaq məqsədi daşıyır.

Penitensiar xidmət bir daha ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nəzərinə çatdırır ki, oktyabrın 21-də haqqın.az və virtualaz.org saytlarında “Bakı istintaq təcridxanasında qiyam: qoşun yeridildi” başlıqlı məlumatın heç bir əsası yoxdur və böhtan xarakterlidir, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əməliyyat şəraiti sabitdir, tam nəzarət altındadır, cəzaların icrası və çəkilməsi qaydalarına, mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə riayət olunur.

Öz növbəsində, Bakı İstrintaq Təcridxanasıda saxlanan bir sıra məhbusların vəkilləri və yaxın qohumları Amerikanın Səsinə təcridxananın hazırda normal rejimdə işlədiyini təsdiq edib. Vəkillər təcridxanada müdafiə etdiyi şəxslərlə görüşdüyünü bildirib.

"Mən hazırda təcridxananın qarşısındayam, oğluma sovqat göndərmişəm. Burada hər hansı silahlı qrup və ya xüsusi rejim yoxdur. Tam sərbəst şəkildə, əvvəllər olduğu kimi gətirdiyim sovqatı qəbul etdilər", deyə siyasi məhbus klimi tanınan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının atası Zəfər Qəhrəmanlı Amerikanın Səsinə bildirib.

Bu gün yuxarıda adları sadalanan və digər bəzi saytlar Bakı İstintaq Təcridxanasında dustaqların qiyam etməsi barədə məlumat yayıb. Məlumatda dustaqların təcridxananın vəzifəli şəxslərinə hücum etdiyi, təcridxananın rəisi və rəis müavininə xəsarət yetirdiyi qeyd olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG