Accessibility links

Hüquq müdafiəçisi barədə cinayət işinə xitam verilib


"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev
"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev

Oqtay Gülalıyevə qarşı cinayət işinin qaldırılması 2012-ci ildə Kür çayının daşması zamanı monitorinq apardığı vaxta təsadüf edir

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyevin barəsində 4 il əvvəl başlanmış cinayət işinə xitam verilib.

Bu barədə Oqtay Gülalıyevin özü Amerikanın Səsinə bildirib.

“Sentyabrın 23-də Sabirabad rayon Polis Şöbəsinə dəvət edildim. Barəmdə 2012-ci ildə qaldırılan cinayət işinə xitam verildiyi bildirildi. Dedilər ki, yaxın günlərdə pasportum özümə qaytarılacaq və xaricə çıxışıma qadağa götürüləcək”, Gülalıyev qeyd edib.

Oqtay Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabad rayonun Minbaşı kəndində Kür çayının daşması zamanı monitorinq apararkən saxlanılıb. Ona 12 sutkalıq inzibati həbs verilib. Aprelin 19-da Gülalıyevə qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi başlanıb. Bundan sonra, Sabirabad Rayon Məhkəməsi Oqtay Gülalıyevin barəsində 2 ay həbs qətimkan tədbiri seçib. 2012-ci il iyunun 13-də Sabirabad Rayon Məhkəməsi həbs qətimkan tədbirinin ləğv edib və onu azadlığa buraxıb.

XS
SM
MD
LG