Accessibility links

Nardaran qəsəbəsində növbəti əməliyyat-axtarış tədbiri keçirilib


Nardaran
Nardaran

Azərbaycan daxili işlər orqanları tərəfindən Bakı şəhərinin Sabunçu rayonu Nardaran qəsəbəsində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum edilmiş Nardaran qəsəbə sakini Orxan Qasımov şübhəli şəxs qismində saxlanılıb.

Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 0.810 qram heroin aşkar edilərək götürülüb.

Nardaran
Nardaran

O.Qasımovun ətrafında əlavə olaraq keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun Nardaran qəsəbəsi, Abşeron küçəsində hasarın dibində gizlətdiyi 23 ədəd qumbara alışqanı, 3 ədəd “Makarov” tipli tapançaya məxsus güllə, 2 ədəd qumbara zapalı, 2 ədəd bıçaq, 16 ədəd alışdırıcısı və 8 ədəd fitil aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

Könüllü olaraq polisə təqdim edilən qanunsuz silah-sursata görə vətəndaş məsuliyyətə cəlb edilmir.

Nazirliik bildirib ki, analoji hal polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edildiyi halda qanunsuz odlu silah-sursat saxlayan şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb ediləcək.

Bu ilin oktyabrında da, daxili işlər orqanları tərəfindən Nardaran qəsəbəsində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bununla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılmışdı.

XS
SM
MD
LG