Accessibility links

Amnesty International: Vəkil Elçin Sadıqova qarşı basqılar dərhal araşdırılmalıdır


amnesty international
amnesty international

Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International” vəkil Elçin Sadıqovun və ailə üzvlərinin peşə fəaliyyətinə görə basqılara məruz qalmasından bəhs edən bəyanat yayıb.

Təşkilat qeyd edir ki, araşdırmalar vəkilə və ailəsinə qarşı internet üzərindən edilən basqılar da daxil olmaqla, onun peşə fəaliyyətinə görə üzləşdiyi bütün təhdidləri əhatə etməlidir.

“Vəkil Elçin Sadıqova və ailəsinə qarşı basqılar dərhal araşdırılmalı. Effektiv və tərəfsiz araşdırma aparılması təmin olunmalıdır”.

Hökumət günahkarların ədalət mühakiməsi qarşısına çıxarılmasını təmin etməlidir”, sənəddə deyilir.

“Amnesty International” həmçinin E.Sadıqovun təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımların atılmasının vacibliyini vurğulayır.

Bəyanatda deyilir ki, Azərbaycanda bütün vəkillərə öz vəzifələrini BMT-nin "Vəkillərin rolu barədə" təməl qaydalarına uyğun olaraq hədə-qorxu, maneə olmadan həyata keçirməsindən ötrü gərəkli şərait yaradılmalıdır.

Noyabrın 2-də Azərbaycanda yerli saytlardan biri vəkil E.Sadıqovun müdafiə etdiyi şəxslərdən birinin xanımı ilə romantik münasibətləri olduğunu iddia edən məqalə yayıb. Həmin media orqanının rəhbəri bu yazının saytlarında onlardan xəbərsiz təxribat məqsədi ilə yerləşdirildiyini bildirib.

E.Sadıqov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hədələndiyini bildirib.

Vəkilin qardaşı noyabrın 3-də polisdə dindirilib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən hələ vəkilin təhdid edilməsi ilə bağlı şikayətinə münasibət almaq mümkün olmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG