Accessibility links

Vəkil Elşən Mustafaoğluna bəraət istəyib


Elşən Mustafaoğlu
Elşən Mustafaoğlu

Prokuror 12 il həbs istəyib

Dekabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) keçmiş sektor müdiri Elşən Mustafaoğlunun məhkəmə prosesi davam edib.

Vəkil Əfqan Məmmədov bildirib ki, qapalı geçirilən prosesdə çıxış edib və E.Mustafaoğluna bəraət istəyib.

"Elşən Mustafaoğlu dövlətə xəyanətdə ittiham olunsa da, cinayət işində əleyhinə olan bir mötəbər sübut belə yoxdur. Odur ki, bəraət hökmü çıxarılmasını istədim".

Mustafaoğlu son sözə hazırlaşmaqdan ötrü vaxt istəyib və proses dekabrın 22-nə kimi təxirə salınıb.

Bundan əvvəlki məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı E.Mustafaoğluna 12 il həbs cəzası istəyib.

E.Mustafaoğlu 2014-cü ilin sonlarında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

İlahiyyatçı məhkəmə prosesində deyib ki, həbsindən sonra ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ondan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin və general Rövşən Əkbərovun əleyhinə ifadə almaq istəyib.

XS
SM
MD
LG