Accessibility links

Nardaran işi üzrə məhkəmə istintaqı başa çatıb


Proses dekabrın 26-da davam edəcək

“Nardaran işi” üzrə bugünkü prosesdə müdafiə tərəfi yenidən vəsatət qaldırıb. Vəkil Yalçın İmanov müttəhimlərin zala qaytarılması, sənədlərin araşdırılması, 2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı həlak olan polislərin varislərinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

Vəkil ölüm şəraitinin müəyyən edilməsi məqsədilə həlak olan polislərin eksqumasiyası barədə vəsatət qaldırıb. Vəkil diqqəti ona yönəldib ki, polislərin cəsədi ekspertizadan keçirilməyib.

Lakin hakim vəsatətləri təmin etməyib.

Sonra Y.İmanov müttəhimlərin onları prosesə buraxmayan və məhkəmənin soyuq zirzəmisində saxlayan hakim Əlövsət Abbasova müraciətini oxuyub.

Müttəhimlər bunu Bakı Şəhər Baş Polis İdarəsində məruz qaldıqları işgəncələrin davamı hesab edirlər. Bu səbəbdən 10 müttəhim ciddi xəstələnib. Müttəhimlər hesab edirlər ki, hakim Ə.Abbasov tarixə sifarişlə hökm çıxaran hakim kimi yox, həm də işgəncə verən sadist kimi düşəcək.

“Unutmayın ki, bizi hər hansı cəza ilə sındırmaq olmaz”, - müraciətdə vurğulanır.

Bunun cavabında hakim deyib ki, zirzəmidə təkcə “Nardaran işi” üzrə keçən müttəhimlər yox, başqa dustaqlar da saxlanılır.

Sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Ancaq vəkillər etiraz edərək bildiriblər ki, məhkəmə obyektiv istintaq aparmayıb. Onlar müttəhimlərlə məsləhətləşmələrin aparılmasını istəyiblər.

Fasilədən sonra hakim Taleh Bağırzadəyə söz verib. O, məhkəməni onun adına çıxdıqları broşürün müəllifliyinin araşdırılmasına çağırıb.

“Bu broşürdə İlham Əliyevin haqqında ağır sözlər var. Bunu mən yazmamışam. Bu broşür Ramil Usubovun rəhbərliyi altında yazılıb. Əgər istintaq broşür araşdırılmadan başa çatsa bu, İlham Əliyevin alçaldılması deməkdir”, - T.Bağırzadə bildirib.

Lakin hakim məhkəmə istintaqının başa çatdığını bildirib.

Öz növbəsində vəkillər yenə vəsatətlərinin olduğunu bildiriblər.

Proses dekabrın 26-da davam edəcək.

Qeyd edək ki, müttəhimlər zala buraxılmamağa etiraz olaraq dekabrın 19-da başladıqları aclıq aksiyasını bu gün dayandırıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG