Accessibility links

Ali Məhkəmə Leyla və Arif Yunusların şikayətini qismən təmin edib


Leyla Yunus və Arif Yunus
Leyla Yunus və Arif Yunus

Azərbaycan Ali Məhkəməsi Leyla və Arif Yunusların vəkillərinin Apellyasiya Məhkəməsinin qərarından şikayətlərini qismən təmin edib.

Bu haqda Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

“2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla və Arif Yunusların müvafiq olaraq 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum olunmaları barədə qərar çıxarıb. Müdafiə tərəfi apellyasiya şikayəti verərək, hökmün ləğv olunmasını və hər iki məhbusa bəraət verilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsi isə azadlıqdan məhrumetmə qərarını şərti cəza ilə əvəz edib və bizim bu qərardan Ali Məhkəməyə kassasiya şikayətimizə cavab olaraq Ali Məhkəmə şikayəti qismən təmin etmək qərarı verib”, o qeyd edib

Vəkil Əfqan Məmmədov şikayətin qismən təmin edilməsi anlayışının arxasında nə durduğunu konkret bilmədiyini söyləyib.

“Bizə qərarı verməyiblər, qərarda nə yazılıb, onu da bilmirik, ancaq bilinən budur ki, Ali Məhkəmə şikayəti qismən təmin edib”.

Ə.Məmmədov bunu da deyib ki, Ali Məhkəmənin bu qərarından sonra iş Apellyasiya Məhkəməsinə qaytarılacağı üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin Leyla və Arif Yunuslar barədə həbs qərarı qüvvəyə minir.

“Amma inanmıram ki, onlar barəsində hər hansı təqib və ya axtarış elan edilsin. Bu, beynəlxalq hay-küyə səbəb olar. Sadəcə məhkəmə sistemi vaxt udur, yəqin ki, bir-iki il də apellyasiya baxışı və qərarın qəbul edilməsi çəkər”, Məmmədov deyib.

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında saxlanılaraq həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin sənədləri saxtalaşdırma, qanunsuz sahibkarlıq, səlahiyyətdən sui-istifadə ittihamları irəli sürülüb. 2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Yunus 8 il yarım, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. 2015-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi azadlıqdan məhrumetmə cəzasını şərti cəza ilə əvəz edib. 2016-cı ilin martında isə Leyla və Arif Yunuslar müalicə məqsədilə ölkəni tərk edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG