Accessibility links

Məhkəmə AXCP sədrinin müşavirinin müraciətini təmin etməyib


Məmməd İbrahim

Məmməd İbrahim cəzasının yühgülləşdirilməsini istəyir

Dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin müraciətini təmin etməyib.

M.İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə (maddə 221.1) (şikayəti keçmiş AXCP üzvü Mikayıl Quliyev verib) həbs olunub. Sonradan bu maddə daha ağır ittihama - 221.2.2-ci maddəyə (silah qismində istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) tövsif edilib.

Martın 15-də Nərimanov Rayon Məhkəməsi onu təqsirli bilərək 3 il azadlıqdan məhrum edib.

M.İbrahim cəzasının 1/3 hissəsini çəkməsilə əlaqədar cəzasının yumşaldılması və məntəqə tipli koloniyaya köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. Ancaq, noyabrın 25-də Suraxanı Rayon Məhkəməsi vəsatəti təmin etməyib. Məhkəmə bu qərarı onunla əsaslandırıb ki, M.İbrahim məhbuslar arasında özünü “səmimi aparmır”.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib ki, bu gün Apellyasiya Məhkəməsi M.İbrahimin cəza çəkdiyi 16 saylı koloniyadan verilən xasiyyətnaməyə əsaslanaraq cəzanın yumşaldılması barədə müraciətini təmin etməyib.

Belə ki, koloniya rəhbərliyi yenidən bildirib ki, M.İbrahim digər məhbuslarla münasibətdə özünü “səmimi aparmır”, “törətdiyi cinayətə görə peşman deyil”, “əməkdən yayınır”. Vəkil bu iradları əsassız hesab edir. Müdafiə tərəfi kassasiya şikayəti verəcək.

Hüquq müdafiəçiləri M.İbrahimi siyasi məhbus kimi tanıyıblar.

XS
SM
MD
LG