Accessibility links

İstanbulda silahlı basqında bir azərbaycanlı öldürülüb, ikisi yaralanıb


Turkey night club attack
Turkey night club attack

“İstanbulda törədilmiş terror aktı nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının sayı iki nəfərə çatıb”.

Bunu Azərbayacan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hazırda Azərbaycanın İstanbuldakı Baş Konsulluğu yaralanan şəxslərin kimliyini araşdırır.

Bununla yanaşı, Rusiya mediasının məlumatına görə, öldürülənlərdən biri Rusiya vətəndaşı olan, azərbaycanlı Nuranə Həsənovadır. Onun cənazəsi Azərbaycana göndəriləcək.

Baş vermiş silahlı basqın hadisəsi ilə bağlı isə Xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb.

Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu
Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu

“Biz, İstanbulda gecə klublarından birində törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Xain və alçaq terror əməllərini törədənlər heç zaman qardaş Türkiyənin terrorizmə qarşı mübarizədə əzm və qətiyyətini sarsıda bilməz. Biz, qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”. Bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.

Türkiyənin İstanbul şəhərində yanvarın 1-də gecə klubuna silahlı basqın olub. Şəhərin Beşiktaş məhəlləsində Reyna klubuna daxil olan naməlum silahlı şəxs insanlara atəş açıb.

Hadisə yerinə gələn İstanbul qubernatoru Vasif Şahin hücum zamanı 35 nəfərin həlak olduğunu bildirib. Cənab Şahin ölənlərdən birinin polis olduğunu, olay zamanı 40 nəfərin isə yaralandığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG