Accessibility links

Rüstəm Usubov: Mixail Qorbaçov istintaqdan yayınıb [Video]


R.Usubov əlavə edib ki, indiyə qədər Azərbaycan prokurorluğu 68 cild işi tələb edir

"SSRİ-n keçmiş prezidenti Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi və ordunun Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib”.

Bunu Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.

Rüsrəm Usubov
Rüsrəm Usubov

O bildirib ki, fərman əsasında yanvarın 19-u saat 00:00-dan başlayaraq hərbçilər şəhərə daxil oldu, dinc əhalini qırdılar:

“Bakı əhalisinin 132 nəfəri qətlə yetirilib, 612 nəfər yaralanıb, 814 nəfər qanunsuz həbs olunub. Binalara və digər qurumlara ciddi ziyan dəyib. Bakıda yetərincə hərbçi olduğu halda, 66 min qoşun paytaxta yeridilib. Bunlar SSRİ-nin Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbçiləri və kursantları idi. Ən böyük azğınlığı Krasnodar vilayətinin müddətdən artıq hərbi qulluqçuları törədib, onların arasında çoxlu erməni olub. Hətta yanvarın 24-ü Elmlər Akademiyasının alimləri öldürülüb. Azərbaycan Televiziyasının enerji blokunun partladılması Azərbaycan DTK-nın o vaxtki rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub. O vaxt işi Rusiya prokurorluğu aparırdı. Azərbaycan prokurorluğu isə gec - 14 fevral 1992-ci ildə başlamışdı, bu da o vaxtkı rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi, müəyyən sübutlar aradan qaldırılmışdı. Yenidən dindirilmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burada, həm də Moskvada aparıldı. SSRİ Mərkəzi Komitəsinin rəhbər işçiləri dindirildi - onlar 19 yanvarda Bakıya ezam olunmuşdular. Ancaq Qorbaçovu və Bakatini dindirmək mümkün olmadı. O, qaçıb gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər. Qorbaçov istintaqdan yayındı. 1992-ci ildə 68 cild əsas iş bizə verilmədi".

R.Usubov əlavə edib ki, indiyə qədər Azərbaycan prokurorluğu 68 cild işi tələb edir:

"Amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa gələndən sonra ona tam qiymət veriləcək".

Rüstəm Usubov: Mixail Qorbaçov istintaqdan yayınıb
please wait

No media source currently available

0:00 0:07:19 0:00

XS
SM
MD
LG