Accessibility links

AŞPA prezidenti İlqar Məmmədovu azad etməyə çağırıb


Pedro Aqramunt

Yanvarın 23-də yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilən Pedro Aqramunt deputatlara müraciət edib.

O, Avropa Şurasının gündəliyində olan prioritet mövzulara toxunub.

AŞPA prezidenti bu mövzular sırasında Azərbaycanla bağlı mövzuları da qeyd edib. Xüsusən, o, Qarabağ münaqişəsinin həll olunmadığını xatırladıb və AŞPA-nın bu problemin həllinə yardım edə bilməməsindən təəssüfünü bildirib.

Azərbaycan-Ermənistan cəbhəsində 2016-cı ilin aprel döyüşləri haqqında danışan Aqramunt baş verənləri təhlükəli hal adlandırıb və vəziyyətin indi də istənilən vaxt alovlana biləcəyini qeyd edib.

İnsan hüquqları mövzusuna toxunan Aqramunt son bir ildə Azərbaycanda jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsini alqışlayıb. Eyni zamanda, o, Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olmasına baxmayaraq həbsdə saxlanılan müxalifətçi İlqar Məmmədovu azad etməyə çağırıb.

“Bu məsələni Azərbaycan hakimiyyəti qarşısında qaldıracağam”, o qeyd edib.

XS
SM
MD
LG