Accessibility links

İlkin Rüstəmzadənin səhhətində problemlər yaranıb


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

NİDA fəalı 2014-cü ildə həbs edilib

NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı İlkin Rüstəmzadənin səhhəti pisləşib. Onda həbsdən əvvəl də nevroz problemləri var idi. Həbsxana şəraitində müalicə almadığından bu problem daha da dərinləşib. Həm də nevrozla bağlı mədəsində şiddətli ağrılar baş qaldırıb. Qida qəbul edə bilmir. Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində dərmanlar qəbul etməsinə baxmayaraq ağrılar keçmir. “Ona ambulator müalicə lazımdır. Amma, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçümürlər”, vəkil qeyd edib.

İlkin Rüstəmzadə digər 7 NİDA-çı fəalla birgə 2014-cü il mayın 6-da saxlnılıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il azadlıqdna məhrum edilib.

O Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunur.

Penitensiar Xidmət hələ vəkilin Rüstəmzadənin səhhəti ilə bağlı dediklərinə münasibət bildirməyib.

Rüstəmzadə Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

Rüstəmzadənin müdafiəçiləri onunla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) 3 şikayət göndərib.

Rüstəmzadənin 2013-cü ilin aprelində gənclərin Neft Akademiyasında kütləvi qətlinin 4-cü ildönümü ilə bağlı aksiyası zamanı inzibati həbsindən AİHM-ə şikayəti üzrə kommunikasiya başa çatıb. Bu şikayətdə Avropa Konvensiyasının 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) pozulması məsələsi qoyulub. Vəkilin dediyinə görə, hazırda məhkəmənin qərarı gözlənilir.

Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) ikinci şikayət NİDA fəalının 2014-cü ilin mayında qanunsuz həbsi ilə bağlıdır. Bu şikayət üzrə kommunikasıya başlayıb və bu il aprelin 3-dək Azərbaycan hökuməti məhkəmənin suallarını cavablandırmalıdır.

Üçüncü şikayət Rüstəmzadənin xuliqanlıq, kütləvi iğtişaşların təşkili, qanunsuz olaraq partlayıcı maddələr saxlamaq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmə aiddir. Bu şikayəti vəkil Xalid Bağırov hazırlayıb.

Şikayət Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (obyektiv məhkəmə təhqiqatı hüququ), 10-cu (ifadə azadlığı), 11-ci (toplaşmaq azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hüdudları) maddələri üzrə hüquqlarının pozulmasına aiddir

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG