Accessibility links

NİDA fəalının apellyasiya şikayəti təmin edilməyib


Rəhim Vəliyev
Rəhim Vəliyev

NİDA Vətəndaş Hərəkatı hesab edir ki, Rəhim Vəliyev Facebook-da tənqidi statuslarına görə həbs olunub

Bakı Apellyasiya Məhkəməsi NİDA Vətəndaş Hərəkatının fəalı Rəhim Vəliyev barəsində Nərimanov Rayon Məhkəməsinin 16 yanvar tarixli qərarından verilən apellyasiya şikayətini təmin etməyib. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

2017-ci il yanvarın 16-da Bakının Nərimanov rayon Məhkəməsi Rəhim Vəliyev barəsində (İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi, polisin qanuni tələbinə qəsdən tabe olmamaq) 30 sutka inzibati həbs qərarı verib.

NİDA Vətəndaş Hərəkatı hesab edir ki, Rəhim Vəliyev Facebook-da tənqidi statuslarına görə həbs olunub.

Rahim Vəliyev həbsi Facebook səhifəsində (https://www.facebook.com/balkonsky92) Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin ilin iqtisadi yekunları ilə bağlı iclasında çıxışına tənqidi statuslarından bir neçə gün sonraya təsadüf edir.

Vəkil bu gün bildirib ki, Vəliyevin işgəncəyə məruz qalması ilə bağlı prokurorluğa məlumat verilməsi məsələsinə məhkəmə münasibət bildirməyib, vəsatəti açıq saxlayıb.

Sadıqov fəala qarşı baş vermiş qanunsuzluqlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG