Accessibility links

Realçı niyə prokurorluğa çağırıldı?


Azər Qasımlı
Azər Qasımlı

Bu barədə Azər Qasımlı özü bildirib

Real Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb.

Bu barədə Azər Qasımlı özü bildirib.

Onun yanvarın 28-də istintaq idarəsində olması istənilib.

Azər Qasımlı ötən ilin sentyabr ayında da prokurorluğa çağırılmışdı. Sentyabrdakı çağırış da virtualaz.org saytında yayılmış məqalə ilə bağlı olmuşdu. Həmin məqalədə Real-ın ABŞ tərəfindən maliyyələşdirilməsində ittiham olunurdu.

İndiki çağırış da adıçəkilən internet saytında yayılan başqa bir məqalə ilə bağlıdır. ReAL bu dəfə İran-dan maliyyələşmədə ittiham olunub.

Yanvarın 27-də virtualaz.org saytında redaktor Eynulla Fətullayevin imzasıyla “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, Real-a pul ayırdı” başlıqlı məqalə yayılıb.

Məqalədə Real üzvlərinin İranın Azərbaycandakı səfirliyinin səlahiyyətli şəxsi ilə görüşdüyü deyilirdi.

Yazıda iddia olunurdu ki, görüşdə Hərəkat üzvləri İran səfirliyi və müxalif “milli-demokratlar” arasında vasitəçilik etmək öhdəliyi götürüblər, üstəlik, İrandan ilk maliyyə dəstəyi də alınıb.

Azərbaycanın Baş prokuroru məqalədə əksini tapmış xüsusatlarla bağlı ciddi araşdırmalar aparılmasına dair müvafiq göstərişlər verib.

Bu barədə Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsinin sorğusuna cavabda bildirib.

Real məqalədə yer alan fikirləri təkzib edib.

Hərəkatın icra katibi Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, bu Real-a qarşı təzyiqdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG