Accessibility links

Apellyasiya Məhkəməsi Faiq Əmirlinin şikayətini təmin etməyib


Faiq Əmirli
Faiq Əmirli

Azadlıq qəzetinin maliyyə direktoruinun səhhətində ptroblemlər yaranıb

Bakı Apelysiya Məhkəməsi “Azadlıq” qəzetini keçmiş maliyyə direktoru Faiq Əmirlinin səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılması barədə şikayətini təmin etməyib.

Vəkili Aqil Layıcov bildirib ki, F.Əmirlinin barəsində həbs qət-imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsi barədə şikayəti əsassız sayıb.

“Biz ümid edirdik ki, dövlət başçısının cəzanın humnaistləşdirilməsi ilə bağlı fərmanından iərli gələrək bu addımı ata bilərlər, amma olmadı”, o qeyd edib.

Vəkil F.Əmirlinin azad edilməməsi üçün məhkəmənin gətirdiyi arqumentləri ümumi şablon yanaşma kimi dəyərləndirib.

“Deyirlər ki, F.Əmirli qaça bilər, istinstaqa təzyiq edə bilər. Qəbul etmək istəmirlər ki, F.Əmirli ictimai imici olan şəxsdir, bu adam istəsə belə qaça bilməz. Digər tərəfdən F.Əmirli hansı rıçaqlara sahibdir ki, istinatqa təsir göstərə bilsin”.

Faiq Əmirli uzun müddətdir mədə xəstəliyindən əziyyət çəkir, həbs olunduqdan sonra xəstəliyi daha da şiddətlənib.

F.Əmirli 2016-cı il avustun 20-də saxlanıb. Ona qarşı cinayət məcəlləsinin mili, irqi, dini ayrı-seçkilik və dini nifrəti qızışdırmaq kimi ittihamlar iərli sürülüb. F.Əmirli Türkiyədə fəaliyyət göstərən “Hizmet” Hərəkatının imamı kimi təqdim olunur.

O bu ittihamları rədd edir, “Azadlıq” qəzetinə təzyiq kimi dəyərləndirir. Əmirli həbs edildikdən sonra qəzetin çapı dayanıb. Belə ki, qəzetin bank hesabında maliyyə direktorunun imzası təsdiq olunub, digər imzanı qəbul etmirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG