Accessibility links

ABŞ dövlət katibinin köməkçisinin müavini İlham Əliyevlə görüşüb


ABŞ dövlət katibinin köməkçisinin müavini İlham Əliyevlə görüşüb
ABŞ dövlət katibinin köməkçisinin müavini İlham Əliyevlə görüşüb

Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşlərinin Bakıda təşkil olunmasının artıq yaxşı ənənə halı aldığını deyib.

Bu görüşlərin praktiki müzakirələrin aparılması baxımından vacibliyini qeyd edən prezident Əliyev bunu həm də layihənin uğurlu icrasının göstəricisi kimi dəyərləndirib.

“Layihə artıq yekun mərhələyə çox yaxındır”, o qeyd edib.

Prezident ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqanın sabah Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında iştirakının əhəmiyyətini vurğulayaraq bunun ABŞ hökumətinin layihəyə davamlı dəstəyinin yaxşı göstəricisi olduğunu deyib.

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı görüşünün layihənin icrası ilə bağlı məsələlərin nəzərdən keçirilməsi baxımından önəmli olduğunu qeyd edib.

Robin Danniqan bildirib ki, onun içtirakı ABŞ-ın yeni hökumətinin “Cənub Qaz Dəhlizi” layihəsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi məsələsinə dəstəyini bir daha açıq şəkildə nümayiş etdirir.

Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib, ABŞ dövlətinin enerji siyasətinin bu layihəyə öz dəstəyini bundan sonra da davam etdirəcəyi əminliklə qeyd olunub.

XS
SM
MD
LG