Accessibility links

Amnesty İnternational Azərbaycanı Mərkəzi Asiya rejimləri ilə müqayisə edib


Amnesty İnternational
Amnesty İnternational

Amnesty International hüquq-müdafiə təşkilatı 2016-cı ildə dünyada insan haqlarına dair növbəti hesabatını açıqlayıb.

Azərbaycan bölməsində Tacikistan və Türkmənistan kimi, Azərbaycanda da konstitusiyaya dəyişiklik edildiyi, prezidentin səlahiyyətlərinin və fəaliyyət müddətinin artırıldığı vurğulanıb.

Azərbaycanda müxalifət fəallarına, hüquq-müdafiə təşkilatlarına və müstəqil mətbuata repressiyalar davam edib.

2016-cı ildə12 fəal azad edilsə də çoxları, o cümlədən REAL Hərəkatının lideri İlqar Məmmədov hələ də həbsdədir.

Azadlığa buraxılan jurnalist Xədicə İsmayılova və hüquq müdafiəçisi İntiqam Əliyevin ölkədən çıxışına qadağa qoyulub.

Yerli hüquq müdafiəçilərinin hesablamalarına görə, 100-dən çox adam - gənclər, jurnalistlər siyasi baxışlarına görə həbs edilib.

Azərbaycanda mətbuatın repressiyalardan xüsusilə əziyyət çəkdiyi vurğulanıb.

Amnesty International qeyd edir ki, polis və təhlükəsizlik qüvvələri manatın devalvasiyasına qarşı etirazları susdurur. Saxlanılan və həbs edilənlər pis rəftara, işgəncələrə məruz qalıblar.

Buna nümunə kimi “Nardaran işi” üzrə ittiham olunanlar və “heykəl məhbusları” (Bayram Məmmədov və Qiyas İbrahimov) göstərilir.

Amnesty International-ın nümayəndələri Azərbaycana buraxılmayıblar.

Sənəddə İranda yaşayan azərbaycanlıların da problemlərindən danışılır. İrandakı digər etnik qruplar kimi, azərbaycanlıların da ayrıseçkiliyə məruz qaldığı, mədəni, mülki və siyasi hüquqlardan məhrum edildiyi, öz dillərində təhsil ala bilmədikləri bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG