Accessibility links

İlham Əliyev: Azərbaycanda daxili risklər, təhlükələr demək olar ki, yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq


İlham Əliyev
İlham Əliyev

Bunları martın 18-də prezident İlham Əliyev Bakıda keçirilən Novruz şənliyindəki çıxışında deyib.

"Bizim müstəqil siyasətimiz qürur mənbəyimizdir. Bu, onu göstərir ki, Azərbaycan xalqı öz gələcəyini özü müəyyən edir. Eyni zamanda, müstəqil siyasətimiz bizi mövcud olan risklərdən də qoruyur. Hələ 5-6 il bundan əvvəl yaxın bölgələrdə vəziyyət tam başqa idi. Heç kim təsəvvür edə bilməzdi ki, bu bölgələrdə münaqişə, müharibə ocaqları yaranacaq, yüz minlərlə insan həlak olacaq, milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşəcək. Ancaq bütün bunlar artıq reallıqdır. Nəyə görə bu, baş verdi?! Əlbəttə ki, xarici müdaxiləyə görə”.

Bunları martın 18-də prezident İlham Əliyev Bakıda keçirilən Novruz şənliyindəki çıxışında deyib.

İ.Əliyev Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməkdə olduğunu qeyd edib.

“Son iki ay ərzində mən 7 dəfə xaricə səfər etmişəm. Avropa Komissiyasına mənim uğurlu səfərim olub. Bu səfər nəticəsində Avropa Komissiyası ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara start verildi. Onu da qeyd etməliyəm ki, bu da nadir hadisədir. Bu danışıqların aparılması üçün layihəni Azərbaycan təqdim edib və bu layihə qəbul edilib. Ümid edirəm ki, yaxın zamanlarda danışıqlarda fəal proses başlanacaq və tezliklə bu mühüm saziş bağlanacaq”.

Dağlıq Qarabağ münaqişəsi haqda danışarkən prezident deyib ki, bu məsələnin həlli istiqamətində ciddi irəliləyiş yoxdur. İlham Əliyev bunun səbəbini Ermənistanın sülh istəməməsiylə bağlayıb:

“Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilməyəcəyini nə qədər tez anlasa, bu, onlar üçün də o qədər yaxşı olacaq. Biz bu vəziyyətlə barışmayacağıq. Biz gücümüzü artırırıq. Hərbi gücümüzü, siyasi gücümüzü, beynəlxalq mövqelərimizi möhkəmləndiririk".

İ.Əliyev ölkədəki iqtisadi duruma da toxunub. O, vurğulayıb ki, ötən il Azərbaycan üçün iqtisadi sabitləşmə, dərin iqtisadi islahatlar ili olub.

“Bu islahatlar öz bəhrəsini verməyə başlamışdır. Bu il isə artıq inkişaf ilidir. İlin iki ayının göstəriciləri bunu təsdiqləyir. Böyük olmasa da, iqtisadi artım var. Ümumi daxili məhsul 0,4 faiz artıb. Qeyri-neft sənayemiz isə 5, kənd təsərrüfatı 3 faizdən çox artıb. Yəni, bu, iqtisadi inkişafımızın əsas göstəriciləridir. Neft-qaz ixrac edən bir çox başqa ölkələrdən fərqli olaraq, keçən il biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik, xərcləməmişik. Halbuki, xərcləyə bilərdik”, deyən prezident bu il iqtisadi inkişafın davam edəcəyinə əmin olduğunu bildirib.

"Bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruq. Ona görə bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq, vətəndaş birliyi, həmrəyliyi əlbəttə ki, bizim böyük sərvətimizdir və biz bunu qoruyuruq".

İlham Əliyev onu da qeyd edib ki, Azərbaycanda təhlükəsizlik təmin edilib, xalq rahat yaşayır:

"Azərbaycanda daxili risklər, təhlükələr demək olar ki, yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risklərdən, həm mümkün olan ideoloji risklərdən qoruyuruq”.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG