Accessibility links

BMT-nin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür


Azərbaycan ərazilərində 100 minədək mina basdırıldığı güman edilir

Aprelin 4-ü BMT-nin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür.

Bu gündə beynəlxalq ictimaiyyət və QHT-lər post-konflikt ölkələrdə partlamamış sursatın təmizlənməsi, təhsil və təbliğat vasitəsilə xəsarətin qarşısının alınması, mina qurbanlarına reabilitasiya və reinteqrasiya yardımı proqramlarının təşkili ilə çoxlu həyatların xilas edilməsi səylərini vurğulayır.

Amerikanın Azərbaycandakı səfirliyi bildirir ki, ABŞ Azərbaycana torpaqlarının təhlükəli mina və partlayıcı sursatlardan təmizlənməsinə dəstək məqsədi ilə 30 milyon dollar yardım verib.

“ABŞ, Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə əməkdaşlığı ilə daha sağlam və daha təhlükəsiz Azərbaycan üçün etdiyi töhfələri ilə fəxr edir”, ABŞ səfirliyi qeyd edir.

BMT-nin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür
BMT-nin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsui üzrə Milli Agentliyin (ANAMA) məlumatına görə, ümumi tədqiqat nəticəsində ANAMA-nın minadan zərərçəkənlər siyahısına iki mindən çox adam daxil edilib.

“Hazırda işğal altında olan ərazilərdə mina/Partlamamış Hərbi Sursatla (PHS) çirklənmənin miqyasını təyin etmək mümkün deyildir. Dağlıq Qarabağdan başqa, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları bütövlükdə, Füzuli, Tərtər, Ağdam rayonlarının isə bir hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Mina/PHS-lə yüksək çirklənmə səviyyəsi olan bu rayonlarda 350 mln.kv.m-dən 830 mln.kv.m-dək ərazidə 50 000-dən 100 000-dək mina yerləşdirildiyi güman olunur”, ANAMA-nın rəsmi saytındakı məlumatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG