Accessibility links

Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib [Yenilənib]


Əli İnsanov
Əli İnsanov

2016-cı ilin oktyabrında Ə.İnsanovun həbs müddətinin bitməsinə bir neçə gün qalmış ona Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni ittiham irəli sürülüb

Qaradağ rayon Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun barəsində cinayət işi üzrə məhkəmə prosesində müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

Amerikanın Səsinin müxbirinin məhkəmə zalından verdiyi məlumata görə dövlət ittihamçısı məhkəmədən onun 8 il 9 gün azadlıqdan məhrum edilməsini xahiş edib

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında Ə.İnsanovun həbs müddətinin bitməsinə bir neçə gün qalmış ona Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni ittiham irəli sürülüb.

2016-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında sabiq nazirin həbs edilməsi barədə qərar çıxarıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun hüquqlarının pozulduğunu tanıyıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

XS
SM
MD
LG