Accessibility links

Ermənistan “OSA” zenit raket kompleksindən istifadə edib?


Raket qəlpəsi
Raket qəlpəsi

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin cəbhə xəttində "OSA" zenit-raketindən istifadə etdiyini bildirir. Nazirlik raketin düşdüyü ərazinin və qalıqlarının fotolarını yayıb.

Müdafiə Nazirliyinin aprelin 28-də yaydığı açıqlamada deyilir ki, Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

"Aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələrinin Xocavənd-Füzuli istiqamətində "OSA" zenit kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb. Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb. İlkin araşdırma Ermənistan Silahlı Qüvvələrində olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib", məlumatda qeyd edilir.

Öz növbəsində bununla bağlı Ermənistan tərəfi hələ açıqlama verməyib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin 20 faizinədək hissəsi ermənilərin nəzarətinə keçib.

1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb. Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan və Ermənistan prezidenləri ABŞ-ın təşəbbüsü ilə Vyanada, Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşüb. Buna baxmayaraq, münaqişənin danışıqlar yolu ilə nizamlanması istiqamətində müsbət irəliləyişlə bağlı hər hansı açıqlama olmayıb.

Münaqişənin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in MinsK qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) hazırki status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG