Accessibility links

Amnesty International: Mehman Qələndərov və digər məhbusların ölüm işi araşdırılmalıdır


Bu barədə Amnesty International təşkilatının bəyanatında deyilir

Azərbaycan yaşamaq hüququnu müdafiə etməli və həbsxanalarda ölüm hallarını effektiv araşdırmalıdır.

Hakimiyyət cəzaçəkmə müəssisələrində ölüm hallarının çevik, müstəqil və effektiv araşdırılmasını təmin etməyə və nəticələri ictimaiyyətə açıqlamağa borcludur.

Bu barədə Amnesty International təşkilatının Mahir Mustafayev və Mehman Qələndərovun həbsxanada ölməsi ilə bağlı bugünkü bəyanatında deyilir.

2017-ci il mayın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərara alıb ki, Azərbaycan hökuməti Mahir Mustafayevin həyatını müdafiə etməyərək onun yaşamaq hüququnu pozub, onun ölüm şəraitini effektiv araşdırmayıb.

M.Mustafayev 2006-cı ilin dekabrında öz kamerasında baş vermiş yanğın zamanı aldığı güclü yanıq xəsarətlərindən dünyasını dəyişib.

Bildirilib ki, işgəncədən ölüm faktını gizlətmək üçün kameranı nəzarətçilər özləri yandırıblar.

M.Mustafayev yanğından 8 saat sonra xəstəxanaya aparılıb. Avropa məhkəməsi bu hadisəni hökumətin yaşamaq hüququnu müdafiə etməməsi və yaşamaq hüququnun pozulması kimi qiymətləndirib.

Avropa məhkəməsinin bu qərarı 2017-ci il aprelin 28-də Kürdəxanı təcridxanasında azərbaycanlı fəal və bloger Mehman Qələndərovun öz kamerasında asılmış vəziyyətdə tapılmasından sonra çıxarılıb.

O, Facebook-da iki vicdan məhbusunu dəstəkləyən status yazdıqdan sonra 2017-ci il fevralın 7-də həbs olunub. Həmin gənclər Bakının mərkəzində Heydər Əliyevin abidəsini yazdıqlarına görə həbs ediliblər.

Hakimiyyətin bildirdiyinə görə, M.Qələndərov gecəyarısı, kamera yoldaşı yatarkən özünü asıb.

Bir ildən çox həmin təcridxanada saxlanılan yerli hüquq müdafiəçisi bildirib ki, belə şey ola bilməz. Şübhə yoxdur ki, M.Qələndərov narkotik maddə saxladığını etiraf etmək üçün işgəncələrə məruz qalıb.

Penitensiar Xidmətin əməkdaşları öncə M.Qələndərovun intihar etməsi barədə məlumatı inkar ediblər, ancaq iki gündən sonra etiraf ediblər.

M.Qələndərov gizli dəfn edilib. Ancaq jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri cəsəd hələ morqda olarkən onun üzərində xəsarət və qançır izlərini görüblər.

Aprelin 30-da prokurorluğun məhkəmə-tibbi ekspertizası özünü öldürmə həddinə çatdırma maddəsi ilə təhqiqata başlayıb. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, cəsəddə heç bir zorakılıq əlaməti olmayıb, ancaq boğulma var.

Azərbaycan hakimiyyəti beynəlxalq standartlar çərçivəsində M.Mustafayev və M.Qələndərovun işi üzrə yeni müstəqil təhqiqat aparmalıdır, bəyanatda deyilir.

Amnesty International müntəzəm olaraq hakimiyyəti tənqid edənlərə qarşı narkotik maddə saxlamaq kimi uydurma ittihamlar qeydə alır.

Onların həbsi oxşardır: həbslər və dindirmələr vəkillərin iştirakı olmadan aparılır, onlara işgəncə verərək və ya başqa amansız rəftar altında “etirafedici ifadə”ni imzalamağa məcbur edirlər.

İşgəncələr və amansız davranış barədə məlumatlar demək olar ki, heç zaman araşdırılmır ki, bu da insan hüquqlarının pozulması və günahkarların cəzasız qalması prosesini möhkəmləndirir, bəyanatda vurğulanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG