Accessibility links

Prezident Əliyev Əbu-Dabinin vəliəhdi ilə görüşüb


Görüşdə ikitərəfli münasibətlər müzakirə edilib

Azərbaycan prezidenti İlham Əliyev mayın 21-də Əbu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl-Nahyan ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib.

Görüşdə bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin və hava uçuşlarının sayı artıb. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsindən ötrü yaxşı potensial var.

Söhbət zamanı sərmayə qoyuluşu, enerji sahəsi, Azərbaycanda yaradılan azad ticarət zonasında Birləşmiş Ərəb Əmirliklərinin iştirakı, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə sahələrində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

Mayın 21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 50-dən çox müsəlman ölkəsi liderlərinin qatıldığı Ərəb-İslam-Amerika sammiti keçirilib. Sammitdə ABŞ prezidenti D.Trump da iştirak edib.

Azərbaycan prezidenti İlham Əliyev isə mayın 19-da Səudiyyə Ərəbistanına səfər edib.

XS
SM
MD
LG