Mayın 23-də basta.info saytının baş redaktoru Mustafa Hacıbəyli Baş Prokurorluğa çağırılıb.
Bu barədə M.Hacıbəyli özü məlumat yayıb.
Baş redaktor prokurorluğa çağrılmasının səbəbini belə izah edib:
"Səbəbini soruşduqda bunu saytda dərc edilən bəzi yazılarla izah etdilər. Konkret deyə bilmərəm ki, hansı yazılardır, yəqin orada olduqda söhbətin hansı yazılardan getdiyi bilinəcək".
M.Hacıbəyli dəvətə uyğun, saat 15:00-da prokurorluqda olacağını söyləyib.
M.Hacıbəyli Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşıdır. Saytda əsasən tənqidi yazılar dərc edilir.