Accessibility links

Xarici İşlər Nazirliyi Dövlət Departamentinə və Avropa İttifaqına cavab verib


Hikmət Hacıyev

Hüquqi məsələləri siyasiləşdirmək lazım deyil. Belə məsələlərin süni şəkildə siyasiləşdirilməsi yolverilməzdir. Müəyyən qüvvələrin Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək cəhdləri uğursuzluğa düçar olacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının AXCP sədr müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının dərhal azad edilməsini tələb edən bəyanatlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycanın müvafiq qurumları bununla bağlı bəyanat veriblər. Hər iki ölkə dostcasına siyasət yürüdür və bir-birinin daxili işlərinə qarışmır, deyə Hacıyev qeyd edib.

Gözəl Bayramlı Gürcüstandan qayıtdıqdan sonra həbs edilib və qaçaqmalçılıqda ittiham olunub, Muxtarlının isə Tbilisidə müəmmalı şəraitdə tutub Azərbaycana gətirildiyi bildirilir. O, sərhədi qanunsuz keçməkdə ittiham ittiham olunur.

XS
SM
MD
LG