Accessibility links

İlham Əliyev: Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır


İlham Əliyev: Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır
İlham Əliyev: Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır

Azərbaycan prezidenti Polşada səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev Polşada rəsmi səfərdədir.

Səfər zamanı ili ölkə prezidenti arasında təkbətək və geniş tərkibdə görüşlər olub.

Azərbaycan və Polşa prezidentləri İlham Əliyev və Andjey Duda iyunun 27-də Varşavada danışıqları başa çatdıqdan sonra iki ölkə arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi haqqında birgə bəyannamə imzalayıblar. Bu barədə Azərbaycan dövlət başçısının rəsmi saytı məlumat yayıb.

Bundan başqa, iki ölkə hökuməti arasında 30 mart 2005-ci ildə Varşavada imzalanmış Müdafiə Sənayesi Sahəsində Əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında protokolu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşanın müdafiə nazirinin müavini Tomaş Ştatlovski imzalayıb.

Həmçinin tərəflər energetika, nəqliyyat və nəqliyyat infrastrukturu sahələrində əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumları, Bakı Ali Neft Məktəbi və AGH Elm və Texnologiyalar Universiteti arasında qarşılıqlı anlaşma memorandumu, "Azərbaycan Dəmir Yolları" QSC və "Polşa Dövlət Dəmir Yolları" SC arasında strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar

Azərbaycan prezidenti İlham Əliyevin Polşaya səfəri çərçivəsində aparılan danışıqlardan və razılaşdırılan sənədlərin imzalama mərasimindən sonra iki ölkə başçısı mətbuata birgə bəyanatlarla çıxış edib.

"Prezident İlham Əliyev elə bir insandır ki, Polşa Respublikası ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir".

Polşa prezidenti Andrzej Duda bəyanatına bu sözlərlə başlayb.

Müzakirələrin məzmunu haqda bilgi verən Andrjey Duda iqtisadi ilişkilərlə yanaşı beynəlxalq proseslərə diqqət yetirdiklərini vurğulayıb.

"Ukrayna haqqında danışdıq, Donald Trampın Avropaya və xüsusən də Polşaya səfəri nəzərdən keçirildi", Andrjey Duda deyib.

Prezident imzalanan sənədlərə toxunaraq vurğulayıb ki, sənədlər iki ölkə arasında siyasi əməkdaşlığı, strateji tərəfdaşlığı inkişaf etdirəcək. O, əlavə edib ki, iki ölkə arasında iqtisadi potensialın həcmi 100 milyon dollar civarındadır.

"İqtisadi imkanlara gəldikdə, onların geniş olmasına baxmayaraq, əməkdaşlığımız hələ ki, istənilən səviyyədə deyil. Bu gün sənədlər imzalandı. Onu gözləyirəm ki, bu gün biz sizinlə birgə biznes forumu açıq elan edəcəyik və ölkələrimizin işgüzar dairələri həmin tədbir çərçivəsində görüşəcəklər. Bu, əslində ölkə prezidentlərinin məhz iqtisadi əməkdaşlığa, məhz şirkətlər arasındakı əməkdaşlığa böyük dəstəyinin göstəricisidir", prezident bildirib.

Andrjey Duda İlham Əliyevə Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə dəstək verməsinə görə təşəkkür də edib.

Prezident İlham Əliyev isə çıxışına Poşanın mərhum prezidenti Lex Kachinski-ni xatırlamaqla başlayıb. O, mərhum prezident Kachinskini Azərbaycanın dostu adlandıraraq, onun faciəvi ölümünün dostlarını sarsıtdığını vurğulayıb.

"Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır. O, əslində Prezident Kaçinskinin dövrünün məntiqi davamıdır", deyən İlham Əliyev bir çox önəmli sənədlər imzaladıqlarını vurğulayıb.

"Bu sənədlər əməkdaşlığımızın perspektivlərini müəyyən edir. Mən onların arasında əlbəttə ki, prezidentlər tərəfindən imzalanmış strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün istiqamətlərini, həmçinin siyasi, iqtisadi, enerji, nəqliyyat məsələlərini ehtiva edir. Bu bəyannamədə Dağlıq Qarabağ münaqişəsi haqqında da deyilir və göstərilir ki, bu münaqişə ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır".

İ.Əliyev icra edilməkdə olan "Cənub Qaz Dəhlizi" layihəsi haqda danışıb. O vurğulayıb ki, Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə də öz dəyərli töhfəsini verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG