Accessibility links

Apellyasiya məhkəməsi jurnalisti ev dustaqlığına buraxmayıb


İyunun 29-da Bakı Apellyasiya Məhkəməsində Kanal 13 internet televiziyasının icraçı direktoru Əziz Orucovun barəsində seçilmiş həbsin ev dustaqlığı ve ya girovla əvəz edilməsinə dair apellyasiya şikayəti təmin edilməyib.

Vəkil Cavad Cavadov bildirir ki, şikayət Nəsimi rayon Məhkəməsinin 15 iyun 2017-ci il tarixli qərarından verilib.

Vəkilin sözlərinə görə, şikayət yaxın vaxtlarda Avropa Məhkəməsinə göndəriləcək.

“Bir daha bildiririk ki, Əziz Orucova elan edilmiş ittihamın nə faktiki, nə də hüquqi tərəfi mövcud deyil, ittiham qondarmadır”, o bildirib.

"Kanal-13" internet televiziyasının icraçı direktoru Əziz Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib. İyunun 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi Orucova qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb. Nəsimi rayon Məhkəməsi Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Ə.Orucov ittihamları qəbul etmir və həbsinin "Kanal-13" internet televiziyasının fəaliyyəti ilə bağlı olduğunu bildirib.

"Kanal 13" internet televiziyası 2008-ci il oktyabrın 10-dan yayımlanır.

"Kanal 13" saytı bildirir ki, özlərini digər efir məkanlarında azad ifadə etməyə imkan tapmayan QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin, digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG