Accessibility links

Azərbaycan və Ermənistan Xarici işlər nazirləri bu gün Brüsseldə görüşürlər


H.Hacıyev görüşün yerli vaxtla saat 19-da başlayacağını deyib

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan iyulun 11-də Brüsseldə görüşəcələr. Bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev görüşün yerli vaxtla saat 19-da başlayacağını deyib.

O, nazirlərin görüşündən “ciddi nəticə” gözləmədiklərini deyib.

“Düzdür, bu görüşdən elə bir ciddi nəticə gözləmirik, sıradan bir görüşdür. Amma bütünlükdə Qarabağ probleminin həlli ilə bağlı danşıqlar prosesinin ciddi və nəticəyönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq”, - XİN sözçüsü bildirib.

Ötən həftə iyulun 4-də cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycanın iki dinc sakini həlak olub, bir nəfər yaralanıb.

Baş verənlərdə tərəflər bir-birini ittiham edib.

Beynəlxalq qurumlar isə atəşkəsə əməl etməyə, münaqişənin danışıqlar yolu ilə həllinə çağırıb.

Cəbhə xəttində baş verənlərdən sonra Azərbaycanda nazirlərin iyulun 11-də gözlənilən görüşünün təxirə salınması ilə bağlı təkliflər də səslənmişdi.

Açıqlamada nəzarət tədbirlərinin nəticəsi kimi 39 vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirinin tətbiq edildiyi məlumatlar Hesablama Palatasına daxil oub.

Ermənistan xarici işlər nazirliyi də nazirlərin iyulun 11-də Brüsseldə görüşəcəklərini təsdqləyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər Ermənistanın nəzarətindədir

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG