Accessibility links

Zakir Həsənov: Rusiya silahlarının Azərbaycana ixracı üzrə müqavilə 90% yerinə yetirilib


Müdafiə naziri Zakir Həsənov

Rusiya ilə tankların, “Smerç” RYAS və “Msta-S” qurğularının ixracı üzrə müqavilə 90% yerinə yetirilib, Bakı silahların pulunu ödəyib və onlardan uğurla istifadə edir.

Bu barədə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun RİA-Novosti agentliyinə müsahibəsində bildirib.

“Müqavilə artıq demək olar ki, 90% yerinə yetirilib. Biz müqavilə üzrə ödənişi həyata keçirmişik. Kiçik şeylər qalıb. Hər şey çoxdan Azərbaycandadır və uğurla istifadə olunur… Bütün bunlar müasir silahlardır, biz onları mənimsədik və tətbiq edirik”, nazir qeyd edib.

Bir müddət əvvəl Azərbaycanın hərbi idarəsi bildirib ki, Rusiyadan alınan növbəti hərbi texnika və döyüş sursatları partiyası ölkəyə gətirilib. Rusiyadan alınan silahların bundan əvvəlki partiyası iyunda gətirilib. Müqavilənin məbləği açıqlanmırdı, amma KİV-də yayılan məlumatlara görə, bu məbləğ 5 milyard dollara yaxındır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG