Accessibility links

Məhkəmə Aleksandr Lapşini 3 il azadlıqdan məhrum edib [Video]


Məhkəmə Aleksandr Lapşini 3 il azadlıqdan məhrum edib
please wait

No media source currently available

0:00 0:01:42 0:00

Məhkəmə Aleksandr Lapşini 3 il azadlıqdan məhrum edib

Bakı Ağır Cinayətlər Məhkəməsi bloger Aleksandr Lapşini cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə bloger Azərbaycan Cinayət Məcəlləsinin 318.2 (sərhədi qanunsuz keçmək) maddəsi ilə təqsirli bilinib.

Eyni zamanda məhkəmə sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) maddəsini onun üzərindən götürüb.

Bloger deyib ki, ona qarşı elan olunan ittihamlarla özünü günahkar saymır, sadəcə istəmədən Azərbaycan xalqına mənəvi ziyan vurub. İyulun 19-da məhkəmədə bloger son sözünü deyib:

"Amma ona görə peşmanam ki, özüm də istəmədən Azərbaycan xalqına mənəvi zərbə vurmuşam. Xüsusən işğal olunmuş ərazilərdən didərgin düşənlərə. Günahım Azərbaycan qarşısında mənəvi müstəvidədir, hüquqi müstəvidə yox.

Peşmanam ki, bloger kimi Qarabağa səfər edəndə erməni mənbələrindən məlumatlar almışam. Amma heç vaxt Azərbaycana nifrətim olmayıb. Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü qısa zamanda bərpa edəcək, Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə başa çatacaq".

Rusiya, İsrayil və Ukrayna vətəndaşı olan Aleksandr Lapşin bu ilin yanvarında Belarusda saxlanılıb və Azərbaycana təhvil verilib. O Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçib Qarabağa getməkdə suçlanır.

XS
SM
MD
LG