Accessibility links

Prokuror məhkəmədən keçmiş MTN polkovnikinə 5 il həbs cəzası istəyib


MTN
MTN

Mirəziz Əsgərov 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra həbs olunub

Bu gün Bakı Hərbi Məhkəməsində prokuror keçmiş MTN Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərova 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror əlavə edib ki, M.Əsgərovun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı tədbirin görülməsi məhkəmənin mülahizəsinə buraxılsın.

Qeyd edək ki, M.Əsgərov hədə-qorxu ilə Vidadi Əzizov adlı iş adamından 350 min pul almaqda ittiham olunub.

Mirəziz Əsgərov 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra həbs olunub. O, hədə-qorxu ilə rüşvət tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə günahlandırılır.

Amma MTN polkovniki məhkəmədə bildirib ki, ittihamları qəbul etmir. Deyir ki, Vidadi Əzizov indi ona qarşı cinayət işində pulu alınan zərərçəkmiş sahibkar kimi təqdim olunsa da, əslində onun özü həbs olunmalıdır. Çünki Əzizov iş adamı deyil, İran və digər ölkələrlə bağlı çirkli pulların yuyulmasıyla məşğul olub, xarici xüsusi xidmət orqanlarına casusluq edib. Onun sözlərinə görə, MTN-də də bu haqda yetərincə material toplanıb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.-

XS
SM
MD
LG