Accessibility links

Gözəl Bayramlının həbs müddəti uzadılıb


Gözəl Bayramlı, AXCP sədrinin müavini

AXCP sədrinin müavini həbsini siyasi sifariş hesab edir

Nəsimi rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı barədə seçilmiş həbs qəimkan tədbirini ki ay uzadıb.

Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Onun barəsindəCinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, 3 ay həbs-qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir. Gözəl Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib.

XS
SM
MD
LG