Accessibility links

Azərbaycan Barselonada terror aktlarını qəti şəkildə pisləyir


Azərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi

"İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyirik”. Bu barədə Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında deyilir.

H. Hacıyev terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə şəfa tapmasını diləyib:

“Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır”.

Mətbuat xidmətinin rəhbəri prezident İlham Əliyevin və xarici işlər naziri Barselonada törədilmiş terror hücumları ilə əlaqədar İspaniya kralı Əlahəzrət VI Felipeyəvə İspaniya Krallığının xarici işlər nazirinə başsağlığı məktubu ünvanlandığını xatırladıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG