Accessibility links

Apellyasiya Məhkəməsi Ruslan Qaranı həbsdə saxlayıb


Ruslan Qara
Ruslan Qara

R.Qara Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir

Çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Ruslan Qaranın 20 sutka inzibati həbsi barədə qərarı qüvvədə saxlayıb.

Vəkil Əsabəli Mustafayev Turan-a bildirib ki, obyektiv məhkəmə çəkişməsi aparılmayıb.

O qeyd edib ki, son ildə R.Qara üç dəfə inzibati həbsə məruz qalıb və yerli məhkəmələr onun şikayətlərini təmin etməyib.

R.Qara Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir. O, hüquqlarının pozulmasının tanınmasını və ona kompensasiya ödənilməsini xahiş edəcək.

R.Qara avqustun 11-də gənc fəalların görüşündə iştirakdan sonra həbs olunub. Görüşdə siyasi məhbusların müdafiəsi ilə bağlı etiraz aksiyalarının keçirilməsi məsələsi müzakirə olunub. O, sosial şəbəkələrdə və İnternetdə bu mövzuda statuslar dərc edib.

XS
SM
MD
LG