Accessibility links

Naxçıvanda hücum təyyarələri təlim uçuşları keçirib


SU-25 hücum təyyarələri
SU-25 hücum təyyarələri

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təyyarələr Naxçıvan səmasında uğurlu uçuşlar həyata keçirib.

Məlumatda deyilir ki, modernizə edilmiş SU-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib.
SU-25 hücum təyyarəsi döyüş qabiliyyəini itirməmək üçün və yüksək müdafiə sistemlərinə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib.

Modernizə edilmiş SU-25 hücum təyyarəsinin döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, “Hava-yer” idarəolunmayan, “Hava-hava” idarəolunan raketlər daxildir. Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər.

Azərbaycanın Nazxçıvan Muxtar Respublikası Ermənistanla həmsərhəddir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG