Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm”, təbrikdə qeyd edilir.
Prezident bildirir ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır.
“Əminəm ki, bu ilki Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir”, təbrikdə qeyd edilir.
Azərbaycanda sentyabrın 1-i və 2-si bayram günləridir, iş günü deyil.