Accessibility links

Mehman Əliyevə Azadlıq! Komitəsi müraciət qəbul edib


Mehman Əliyevə Azadlıq! Komitəsi müraciət qəbul edib
Mehman Əliyevə Azadlıq! Komitəsi müraciət qəbul edib

Avqustun 31-də “Siyasi Məhbuslarsız Azərbaycan” qurumunun təşkilatçılığı ilə “Mehman Əliyevə Azadlıq!” Komitəsinin toplantısı keçirilib. Toplantıda hüquq müdafiəçiləri, ictimai-siyasi xadimlər, ziyalılar, ictmiayyətin nümayəndələri iştirak edib. Müdafiə komitəsinə yüzdən çox insane qoşulub.

Natiqlər Turan İnformasiya Agentliyinin direktoru M.Əliyevin həbsinin səbəbləri, bu həbsin nə dərəcədə qanuna uyğun olmasını və müdafiə üsullarını müzakirə ediblər.

Mehman Əliyevə Azadlıq! Komitəsi müraciət qəbul edib
Mehman Əliyevə Azadlıq! Komitəsi müraciət qəbul edib

M.Əliyevin həbsinə səbəb olan Vergilər Nazirlyinin vergidən yayınma ilə bağlı sənədlərini təhlil edən iqtisadçı Qubad İbadoğlu bu həbsi əsassız adlandırıb.

M.Əliyevə qarşı mühasibatçılıq səlahiyyətini öz üzərinə götürməsi ittihamını da Q.İbadoğlu əsassız adlandırıb. Qanunvericilikdə buna qadağa olmadığını söyləyib.

“Burada 60 min manat mənfəət vergisindən yayınma məsələsi də şübhəlidir. Belə ki, 148 min manata 60 min manat mənfəət vergisi hesablanması düzgün deyil, bu, 20 faizlə hesablanır, özü də bütün ödənişlərdən sonra. Qalan bütün ittihamlar da absurddur”.

M.Əliyevə qanunsuz sahibkarlıq ittihamına gəlincə, Q.İbadoğlu deyib ki, qanunsuz sahibkarlıq ancaq müəssisə qeydiyyatda olmadığı halda mümkündür. Halbuki, Turan MMC olaraq qeydiyyatdan keçib və burada qanunsuzluqdan danışmağın sadəcə yeri yoxdur.

Q.İbadoğlu M.Əliyevin həbsilə bağlı komitənin hazrladığı kiçik həcmli hesabatın ictimailəşdirilməsinin vacib olduğunu bildirib.

M.Əliyevin həbsinin əsl səbəbinə gəlincə isə, istər Q.İbadoğlu, istərsə də digər natiqlər bu həbsin siyasi sifarişli olduğunu xüsusi şəkildə nəzərə çatdırıblar.

M.Əliyevin müdafiəsinin təşkili üçün müxtəlif formalar təklif edilib və burada M.Əliyevlə bağlı xüsusi buraxılışların buraxılmasından kütləvi aksiyaların təşkilinə kimi geniş çərçivə müzakirə edilib.

Komitənin iclası beynəlxalq və yerli ictimaiyyətə ünvanlanan müraciət qəbul edilməsilə başa çatıb. Belə ki, müraciət müəllifləri M.Əliyevin həbsini əsassız, ona qarşı ittihamları qurama adlandırıb.

M.Əliyevə qarşı irəli sürülən ittihamların onun həbsinə əsas vermədiyi, hətta bu istintaqın həbs-qətimkan tədbiri olmadan da aparılmasının mümkünlüyü vurğulanır.

Müəlliflər son olaraq yerli və beynəlxalq ictimaiyyəti M.Əliyevin həbsdən azad olunması üçün əlindən gələni əsirgəməməyə çağırırlar.

Vergilər Nazirliyinin Vergi Cinayətlərini İbtidai Araşdırma Depratamenti bu il avqustun 8-də baş direktor M.Əliyevə vergidən yayınma ittihamı irəli sürüb. Avqustun 16-da agentlıyin maliyyə sənədləri Departamentə aparılıb. M.Əliyev avqustun 24-də şübhəli şəxs kimi saxlanıb, avqustun 25-də isə Yasamal rayon məhkəməsi Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192-2-ci (qanunsuz sahibkarlıq) maddələri üzrə ittihamla onun barəsində 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək həbsinin siyasi sifarişli olduğunu bildirir.

XS
SM
MD
LG