Accessibility links

Azərbaycan XİN: Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı azad olunub


Azərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi

Həmin şəxslərin Liviyanın Sirt şəhərində "İslamiyə qüvvələri" tərəfindən girov götürüldüyü məlum olub

Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı, Salmanov Namiq, Rəşidbəyli Mövlud və Əliyev Fərid Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Liviyanın müvafiq qurumları ilə apardığı uzun danışıqlardan sonra 31 avqust 2017-ci ildə azad olunub.

XİN-nin Mətbuat xidmətinin məlumatına görə, Türkiyə şirkətinə məxsus "Kalkanlar 1" gəmisinin ekipaj üzvü olan Azərbaycan vətəndaşları 27 fevral 2016-cı ildən itkin düşmüş şəxslər kimi axtarışa verilib.

Özlərinin ailələrinə etdikləri sonuncu telefon zəngində gəminin batırıldığına dair məlumat versələr də, ətraflı danışa bilməyiblər.

XİN-in axtarışlarından sonra adıçəkilən şəxslərin Liviyanın Sirt şəhərində "İslamiyə qüvvələri" tərəfindən girov götürüldüyü məlum olub.

Məlumatda qeyd edilib ki, Azərbaycanın Liviyada diplomatik nümayəndəliyi fəaliyyətini dayandırdığı üçün Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə konsulluq dəstəyi göstərməsi üçün müraciət edilib.

Eyni zamanda vətəndaşların azad edilməsini təmin etmək üçün Liviyanın Azərbaycandakı səfirliyi ilə mütəmadi əsasda təmaslar davam etdirilib. Həmçinin, sözügedən vətəndaşların ailə üzvləri ilə davamlı olaraq XİN-nin Konsulluq İdarəsində görüşlər keçirilib, narahatlıqları dinlənilib və atılan addımlar barədə məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların girovluqdan azad edilməsi və dövlət orqanlarının nəzarətində olan əraziyə gətirilməsi təmin olunub.

Onlara qarşı Liviya ərazisindən qanunsuz şəkildə dizel yanacağının çıxarılması ilə büdcəyə külli miqdarda ziyan vurmaq barədə ittihamlar irəli sürülüb.

Bu əsnada Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyindən təcridxanaya baş çəkib Azərbaycan vətəndaşlarının saxlanma şəraiti ilə maraqlanması xahiş olunub. Onların ailə üzvləri ilə telefonla əlaqə saxlaması təmin olunub. Bununla yanaşı, XİN Liviyanın Azərbaycandakı səfirliyi vasitəsilə ittiham aktının təqdim olunmasını və konsulluq yardımının göstərilməsini tələb edib.

2 sentyabr 2017-ci ildə Azərbaycan vətəndaşları Liviyadan Türkiyənin İstanbul şəhərinə gətirilib və Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən onlar üçün sərhəd keçmə sənədləri hazırlanıb və təyyarə ilə Bakıya yola salınıblar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG