Accessibility links

İlham Əliyev ATƏT-in Parlament Assambleyasının sədrini qəbul edib


Azərbaycan prezidenti İlham Əliyev bu gün, sentyabrın 8-də ATƏT-in Parlament Assambleyasının (PA) sədri Kristin Muttoneni qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev görüşdə Azərbaycanda son vaxtlarda irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr barədə danışıb. Prezident deyib ki, Azərbaycan artıq multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində bir mərkəzə çevrilib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunan prezident İ.Əliyev deyib ki, Azərbaycan bu münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli həlli istiqamətində səylərini əsirgəmir. Ermənistan isə danışıqlar prosesinin uzadılmasında maraqlıdır.

Görüşdə Azərbaycanla bu qurum arasında əməkdaşlıq məsələlərindən də bəhs edildiyi bildirilir.

ATƏT Parlament Assambleyasının (PA) sədri sentyabrın 7-si Azərbaycana gəlib. Onun səfəri sentyabrın 10-na kimi davam etməlidir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG