Accessibility links

Bakı meriyası Milli Şuraya aksiya keçirməyə razılıq verib


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

APA-nın xəbərinə görə, meriya mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

Qeyd edək ki, Milli Şura sentyabrın 23-də keçmiş "Məhsul" stadionunda mitinq keçirmək haqqında qərar verib və mitinqə icazə verilməsi üçün BŞİH-ə müraciət edib.

Belə ki, bir müddət əvvəl AXCP sədri Əli Kərimli bildirib ki, mitinq keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.

AXCP sədri Facebook səhifəsində canlı yayımda deyib ki, Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG