"Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqik”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinin sualının cavabında deyib.
O bildirib ki, yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri gözlənilir.
"Biz öz tərəfimizdən bu səfərin baş tutmasına dəstəyimizi davam ediririk. Biz eyni zamanda səylətimizi artırmağa çalışırıq ki, münaqişə tərəflərini bir araya gətirərək münaqişənin dinc yolla həllinə öz köməkliyimizi göstərək”, o qeyd edib.
R.Sekuta Amerikanın Səsinin Amerika-Azərbaycan əlaqələrinin inkişafı üçün danışıqların, qarşılıqlı səfərlərin mövcud olub-olmaması ilə bağlı sualının cavabında deyib ki, hansısa səfərlərin, o cümlədən rəsmi şəxslərin səfərlərinin olacağı ilə bağlı hər hansı məlumata malik deyil.