Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri regina səfər edəcək


Endryu Şofer
Endryu Şofer

ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə Yerevan və Bakıya səfər edəcək.

ABŞ-ın Bakıdakı səfirinin məlumatına görə, həmsədr vəziyyət ilə tanışlıq məqsədilə rəsmilər ilə görüşlər keçirəcək.

A. Şofer bölgədə olduğu zaman Minsk qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

"Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflər ilə fəal şəkildə işləyəcək. ABŞ-ın Minsk qrupundakı həmsədri cənab Şofer Birləşmiş Ştatların uzunmüddətli və Minsk qrupunun həmsədrləri tərəfindən təkan verilən mövqeyi dəstəkləyir. Bu mövqeyə əsasən ədalətli həll yolu Helsinki Yekun Aktının gücün və ya güç təhdidlərinin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddaratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq norma əsasında qərarlaşmalıdır", məlumatda qeyd olunur.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər Ermənistan Ordusunun nəzarətinə keçib.

BMT-nin Təhlükəsizlik Şurası 1993-1994-cü illərdə Azərbaycanın suverenliyində olan ərazilərin qeyri-şərtsiz boşaldılması barədə dörd qətnamə qəbul edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Həmsədr dövlətlərin rəhbərləri dəfələrlə münaqişədə mövcud status-kvonun qəbuledilməz olması ilə bağlı bəyanatlar verib. Amma, hələ də danışıqlarda irəliləyiş qeydə alınmayıb, status-kvo dəyişdirilməyib.

2015-ci il aprelin 25-də cəbhədə hərbi əməliyyatlar bərpa edilib. Tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb. Bundan sonra iki ölkə prezidentinin ABŞ-ın təşəbbüsü ilə Vyanada və Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşlər keçirməsinə baxmayaraq münaqişənin həlli istiqamətində addım atılmayıb. Son dövrlər dəfələrlə cəbhə xəttində gərginliklər yaşanıb, tərəflər itkilər verib.

XS
SM
MD
LG