Accessibility links

İlqar Məmmədov vəkillə görüşdən əvvəl yoxlanılıb


İlqar Məmmədov
İlqar Məmmədov

Vəkil Fuad Ağayev oktyabrın 20-də 2 saylı Cəzaçəkmə Müəssisəsində ReAL sədri İlqar Məmmədovla görüşüb.

Bu barədə vəkilin özü məlumat verib.

O bildirib ki, İlqar Məmmədov müəssisə rəhbərliyi tərəfindən yoxlamaya məruz qaldığından görüş bir az gec baş tutub: “İlqar Məmmədov dedi ki, bu günkü tərzdə yoxlama ilə o, 2015-ci ilin oktyabrında qarşılaşmışdı, sonra da onu müəssisənin vəzifəli şəxsləri döymüşdülər. O, bu gün baş verənləri xoşagəlməyən hərəkətlər sayır”.

Vəkil İlqar Məmmədovun səhhətinin normal olduğunu deyib.

İlqar Məmmədov 2013-cü ildə həbs edilib. O, həmin ilin 23-24 yanvarında İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. Sakitlik bərpa edildikdən sonra İsmayıllıya getməsinə baxmayaraq, Məmmədov kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham edilib və 7 il müddətinə azadlıqdan məhrum olunub. Onunla birgə Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu da həbs edilib. O, 2016-cı ildə prezidentin sərəncamı ilə əfv olunub.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İlqar Məmmədovun həbsi və həbsxanada saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox müddəalarını, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrininin pozduğunu tanıyıb. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib.

Avropa Şurası (AŞ) Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-nin Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Oktyabrın 25-də AŞ Nazirlər Komitəsi Azərbaycan barəsində Avropa Konvensiyasının AİHM-nin qərarlarını yerinə yetirməyən ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan 46-cı maddəsinin tətbiq edilməsi haqqında məsələyə baxacaq.

Azərbaycan rəsmiləri İlqar Məmmədovu siyasi məhbus hesab etmir və bu tələbi qərəzli adlandırırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG