Accessibility links

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması ilə bağlı mərasim başlayır


Bakı Tbilisi Qars
Bakı Tbilisi Qars

Bu gün, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması ilə bağlı mərasim başlayır.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumta görə Ələt qəsəbəsindəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasiminə bir sıra dövlət və hökumət rəsmilərinin qatılacağı gözlənilir.

Bakı Tbilisi Qars
Bakı Tbilisi Qars

«Bakı-Tbilisi-Qars» (BTQ) dəmiryol xətti layihəsini 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixeil Saakaşvili və Türkiyənin ozamankı baş naziri Rəcəb Tayyib Ərdoğan imzalayıb. Həmin il noyabrın 21-də BTQ-nin təməli qoyulub.

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) məlumatına görə, həmin layihəyə 2016-cı ilin oktyabrın 1-nə 619.8 milyon ABŞ dolları vəsait ayrılıb. Azərbaycan hökuməti bu layihənin gerçəkləşməsində çox maraqlıdır. Qərb dairələri BTQ-ni dəstəkləməyib. Bu layihə Ermənistandan yan keçir.

ADNF-nin builki büdcəsində layihəyə əlavə olaraq 165 milyon 825 min manat ayrılıb.

.

XS
SM
MD
LG