Accessibility links

İlham Əliyev İran və İraq xalqına başsağlığı verib


Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə və İraqın baş naziri Heydər Əl-Abadiyə başsağlığı məktubu göndərib.

Prezident yazır ki, İranın qərbində və İraqda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər onu olduqca kədərləndirib.

Dövlət başçısı faciə ilə əlaqədar həlak olanların ailələrinə, yaxınlarına, İran və İraq xalqına Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. Yaralananlara və xəsarət alanlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

Noyabrın 12-də İran-İraq sərhədində 7.3 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində yüzlərlə insan ölüb və yaralanıb.

XS
SM
MD
LG