Accessibility links

Robert Sekuta: ABŞ ATƏT-in Minsk qrupunun fəal həmsədri olmaqda davam edir


Robert Sekuta
Robert Sekuta

"ABŞ ATƏT-in Minsk qrupunun fəal həmsədri olmaqda davam edir".

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkələri sırasından çıxmasının mümkünlüyünü şərh edərkən deyib.

Səfir qeyd edib ki, spekulyativ xarakter daşıyan fikirlərə münasibət bildirmək istəmir.

"Mən bu spekulyasiyasını şərh etmək istəməzdim. Biz ATƏT-in Minsk qrupunda fəal həmsədr olmuşuq, fəal olmaqda davam edirik və olacağıq. ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin edilib. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların bilavasitə iştirakçısıdır".

Diplomat Birləşmiş Ştatların Minsk qrupunun fəal həmsədri olduğunu və bundan sonra da olacağını vurğulayıb.

O, Vaşinqtonun bu yaxınlarda Endryu Şoferi yeni həmsədr təyin etdiyini və onun münaqişənin həlli üçün hər cür səylər göstərəcəyini əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG